"Tvente" kapitanını itirdi

12:12 - 20 Avqust 2014

Andreas Byelland "Qarabağ"la ilk oyunu buraxacaq 
 
Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq "Tvente" klubu Bakıya itki ilə gəlir.
 
Sportal.az xəbər verir ki, Hollandiya təmsilçisinin kapitanı Andreas Byelland zədə səbəbindən "Qarabağ"la ilk oyunu buraxacaq.Qabırğasında zədəsi sağalmayan futbolçunun Bakıya gətirilməməsi məsləhət görülüb. Lakin futbolçunun həftəsonu Hollandiya çempionatında və "Qarabağ"la cavab matçında iştirak edəcəyi gözlənilir. 
 

Xəbər xətti