Marko Nikoliç: “Neftçi”də səviyyəli legionerlər oynayır”

18:00 - 20 Avqust 2014

"Avropa Liqasının qrup mərhələsinə çıxmaq şansımız var" 
 
"Komandada hər şey qaydasındadır. Daha öncə məqsədimizin Avropa Liqasının qrup mərhələsinə düşmək olduğunu söyləmişdim. Futbolçular meydana çıxıb özləri və "Partizan" üçün oynamalıdırlar".
 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Neftçi" ilə oyunöncəsi deyib. Təcrübəli mütəxəssis "Neftçi"yə rəqib kimi hörmətlə yanaşdıqlarını bildirib: 
 
"Neftçi" ilə bizi çətin oyun gözləyir. Uğurlu seriyanı davam etdirmək istəyirik. Təəssüf ki, Çempionlar Liqasında "Ludoqorets" səddini keçə bilmədik. İndi Avropa Liqasının qrup mərhələsinə çıxmaq şansımız var.
 
Rəqib hörmətə və diqqətə layiq komandadır. Onların heyətində səviyyəli legionerlər çıxış edir. “Neftçi”nin oyununu yaxşı təhlil etmişik. "Neftçi"ni "Ludoqorets"ə bənzətmək olar. Texniki və sürət baxımından da komandalar arasında müəyyən oxşarlıqlar var”. 
 
Qeyd edək ki, sabah Serbiyada keçiriləcək "Partizan" - "Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq. 

Xəbər xətti