Foqts səhvlərdən, Qasımov isə havadan şikayətləndi

04:42 - 21 Avqust 2014

"Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm"
 
Millimiz Özbəkistanla yoldaşlıq oyunu keçirib və qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
 
Sportal.az hər iki komandanın oyundan sonra mətbuat konfransında bildirdikləri fikirləri təqdim edir:
 
Berti Foqts (Azərbaycan millisinin baş məqşçisi): “Bu oyundan razı qala bilmərəm. Futbolçularda yorğunluq hiss olunurdu. Çoxlu səhvlər gördüm. Qol vurmaq üçün vəziyyətlətimiz olsa da, fərqlənmək üçün heç nə edə bilmədik...

Bizim Rusiya yığması ilə də yoxlama görüşümüz var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların səhvlərini özlərinə izah etməyə çalışacağam.

Rusiya millisi ilə görüşdə “Qarabağ” və “Neftçi”nin futbolçuları da heyətdə yer alacaq".
 
Mircəlal Qasımov (Özbəkistan millisinin baş məşqçisi): “Hava çox isti idi. Ona görə də ilk hissənin sonunda komanda müdafiəyə çəkildi. Yarımmüdafiədə səhvlərə yol verdik. Topa nəzarət etmək çətin idi. Asiya oyunlarına tam hazır olduğumuzu artıq söyləyə bilərik.
Yenə düşünürəm ki, azərbaycanlılar texniki cəhətdən çox güclüdür. Bu yoldaşlıq oyununda, ola bilər ki, texnika nümayiş etdirmək mümkün olmasın.
Başqa ölkədə oynadığımızı hiss etmədik. Çünki azarkeşlərimiz bizi yaxşı dəstəklədi”.

 

Xəbər xətti