Yunan hücumçu “Vest Bromviç”lə anlaşdı
Yunanıstan millisinin hücumçusu Georgios Samaras karyerasını İngiltərədə davam etdirəcək.
Sportal.az xəbər verir ki, Şotlandiya “Seltik”i ilə müqaviləsi başa çatan yunan futbolçuya “Vest Bromviç” klubu dəvət göndərib. Ötən mövsüm “Seltik”in heyətində 33 oyun keçirən Samaras rəqib qapılarına 11 dəfə yol tapıb. İngiltərə təmsilçisi ilə iki iilik müqavilə bağlayan 29 yaşlı futbolçunun “Dumanlı Albion”a ikinçi dönüşü sayılır. 2006-2008-ci illərdə “Mançester Siti”də çıxlş edən yunan futbolçu özünü göstərə bilmədiyi üçün İngiltərə tərk etməli olub.
saytlarin hazirlanmasi