Bolqar inşaatçısı Zdravko Levidjov "Mançester Yunayted" futbol klubunun sadiq və stajlı azərkeşlərindən sayılır
Zdravko 20 qat İngiltərə çempionuna sədaqətini özünəməxsus bir şəkildə ifadə edərək alnında klubun emblemini döydürüb.
Sportal.az xəbər verir ki, azarkeş əvvəlcə sevimli klubun adına öz adını və soyadı dəyişdirmək istəyib, amma Bolqarıstan hakimiyyətindən rədd cavabı alıb. Sonra o, tatuirovkanı etməyə qərar verib.
Qeyd edək ki, “Mançester Yunayted” futbol klubu İngiltərə Premyer-Liqasında iştirak edən professional futbol klubudur. Klub 1878-ci ildə “Nyuton Hit” adı altında yaranıb. 1902-ci ildə klub adını dəyişdirərək rəsmən “Mançseter Yunayted” olub. 1910-cu ildən klub bu günə qədər yerləşdiyi “Old Trafford” stadionunda keçirir.
Hal-hazırda “Mançester Yunayted” dünyanın ən zəngin və ən çox dəstəklənən klublarından biridir.
saytlarin hazirlanmasi