Lui van Qal: "Əgər futbolçu verilən tapşırıqları yerinə yetirə bilmirsə, onun meydanda nə işi var?"
“Mançester Yunayted” klubunun baş məşçisi Lui van Qal “Sanderlend”lə qarşılaşmada Sindzi Kaqavanın start heyətində niyə yer almadığına aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bildirib ki, məşqdə yaponiyalı futbolçu onun verdiyi tapşırıqların öhdəsindən lazımınca gələ bilməyib:
“Kaqava mənim futbol fəlsəfəmə uyğun gələn oyunçu deyil. O, toplanışda da özünü yaxşı göstərə bilmədi. Əgər futbolçu verilən tapşırıqları yerinə yetirə bilmirsə, onun meydanda nə işi var? Kaqava əvvəl mənim futbol fəlsəfəmi qəbul etnəlidir. Belə olmasa, onun kimi futbolçuya komandamda yer olmayacaq”
saytlarin hazirlanmasi