Balotelli “Liverpul”da ilk məşqinə çıxdı

20:20 - 25 Avqust 2014

İtaliya yığmasının üzvü "Mançester Siti" - "Liverpul" matçını izləyəcək
 
“Milan”ın hücumçusu Mario Balotelli müqavilə bağlamaq üçün İngiltərəyə yollanıb.
 
Sportal.az xəbər verir ki, “Liverpul”la razılığa gələn italiyalı artıq “Dumanlı Albion”da ilk məşqinə də çıxıb. Müqavilə imzalanmadan əvvəl “Liverpul”un bazasına baş çəkən 24 yaşlı forvard orada məşq etməyə də imkan tapıb.
 
İtaliya millisinin aparıcı üzvü bu gün İngiltərə çempionatının 2-ci turunda keçiriləcək “Mançester Siti” – “Liverpul” qarşılaşmasını tamaşaçı qismində tribunadan izləyəcək. Yeri gəlmişkən Mario Balotelli 2010-2013-cü illərdə “Mançester Siti”nin şərəfini qoruyub.            
 
 
 

Xəbər xətti