"Qarabağ"ın rəqibində gözlənilməz ayrılıq

18:50 - 31 Avqust 2014

Avropanın aparıcı klubları ukraynalı futbolçuya göz dikib 
 
Ukrayna yığmasının aparıcı üzvlərindən biri Yevgeni Konoplayanka “Dnepr” klubu ilə yeni müqavilə bağlamağa tələsmir.
 
Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a rəqib olan Ukrayna təmsilçisi 24 yaşlı futbolçunu komandada saxlamaq istəyir. Avropanın top komandalarından təkliflər alan ukraynalı yarımmüdafiəci indi seçim qarşısında qalıb. Bunu nəzərə alan Yevgeni Konoplyanka komandayla müqaviləni yeniləməkdə tərəddüd edir. “Dnepr” klubunun direktoru Andrey Steçenko futbolçu ilə yeni müqavilə bağlanmadığını etiraf edib. 

Xəbər xətti