- Oyundan qabaq təzyiq altında idik. Çünki ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq istəyirdik. Həmin məğlubiyyət karyeramın ən ağır məğlubiyyəti idi. Yaxşı oyun göstərdik. Hesab daha böyük ola bilərdi. Amma şanslarımızdan yaxşı istifadə edə bilmədik. Hansısa oyunçumu fərqləndirməzdim. Hamısı yaxşı oynadı. Qazanılan xallar mənim üçün elə də önəmli deyil. Əsas odu ki, milli komandaya oyunçular yetişdirək. Əsas milliyə Araz Abdullayev, Qara Qarayev, Elvin Yunuszadə kimi futbolçular yetişdirmişik.
- Qalmağı təklif etsələr, nə deyəcəksiz?
- Belə bir şey olsa, mən də götür-qoy edəcəm.
- Ukraynalı qapıçının birdən-birə yığmamızda peyda olması gözlənilməz oldu...
- Onunla bağlı bildiyim ancaq odu ki, onun keçmişində kimsə azərbaycanlıdı. O da gəlmək istədi.
- Bugünki darmadağının sizin ayrılmaq qərarınızla əlaqəsi var?
- Yəqin ki oyunçuların bundan xəbəri olub və bir yerə yığışıb nəsə danışıblar. Ona görə də bu gün fərqli çıxış göstərdilər. Bəlkə də bununla əlaqəsi yoxdu.
- Hansısa klubumuzdan təklif olsa, işlərsiz?
- Bu, çox təhlükəli sualdı. Klublarda işləmək çox çətindi.
- Dünən ayrılacağınızı açıqladınız. Bu gün Böyükağa Hacıyev istefa verdi...
- Bundan xəbərim yoxdu. Onu deyim ki, əgər bu komandada qalası olsam, gərək çox şey dəyişə.