Millimizin rəqibində ciddi itki
Bolqarıstan milli komandası Bakıya itki ilə gəlir.
Sportal.az xəbər verir ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq matç öncəsi Bolqarıstan millisinin kapitanı İvelin Popov məşq zamanı komanda yoldaşı ilə toqquşma nəticəsində zədələnib. Əməliyyat olunacaq 26 yaşlı futbolçunun təxminən 2-4 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan matçı sentyabrın 9-u Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
saytlarin hazirlanmasi