Bolqarıstanın baş məşqçisi: "Əsas odur ki..."

18:38 - 7 Sentyabr 2014

"Rəqibin çox həvəsli azarkeşləri var"
 
Bolqarıstan Futbol Federasiyasının prezidenti Borislav Mixaylov "AÇ-2016”nın seçmə mərhələsi çərçivəsində milli komandamıza qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Bolqarıstan millisinə inandığını və səfər matçının onlar üçün çətin olmayacağını deyib:
"Düzdür, ciddi rəqiblə qarşılaşacağıq. Səfərdə hər iki komandanın ifasında sərt oyun gözləyirik. Ancaq mən sakitəm. Əsas odur k, futbolçularımız əlinə düşən qol imkanlarından yararlansın. Komandamızın oyun stilini bəyənirəm. Səfərdə 10-12 minlik azarkeş tutumu olan stadionda oynayacağıq. Rəqibin çox həvəsli azarkeşləri var. Azərbaycan millisi asan rəqib deyil. Ancaq komandamızın yaxşı nəticə qazanacağına inanıram”.

Xatırladaq ki, Azərbaycan – Bolqarıstan ooyunu sentyabrın 9-da keçiriləcək. 

Xəbər xətti