"Əgər kənardan elə görünür, deyilirsə, deməli, mən zəif oynamışam"

15:13 - 8 Sentyabr 2014

Sadıqov: "Hətta məğlub duruma düşsək belə, azarkeşlərin bizi sona kimi dəstəkləməsini istəyirəm"
 Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
 
- Yeni tsikldə ilk oyunumuzdu. Bolqarıstanı evdə qəbul edəcəyik. Vacib oyundu. Əsas rəqiblərimizdən biri ilə görüşürük. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
 
- Sizə qarşı Rusiya ilə oyundan sonra tənqidlər var...
- Əgər kənardan elə görünür, deyilirsə, deməli, mən mən zəif oynamışam. Tənqidləri də qəbul etməyi bacarmaq lazımdı.
 
- Müdadiə xətti Bolqarıstanla oyunda necə oynayacaq?
- Hər şeyə baş məşqçi qərar verəcək. Bədavi Hüseynovla yığmada heç vaxt birgə oynamamışam. Mərkəzdə əsasən Rasim Ramaldanovla oynamışam. Amma bir oyuna görə qərar vermək olmaz. Sabahkı oyun hər şeyi göstərəcək.
 
- Əksəriyyət yığmanın zəif oyununu legionerlərin çoxluğu ilə əlaqələndirir...
- Rüfət Dadaşov ötən il 5 qol vurmuşdu. Ufuk Budak faydalı oyunçudu. Bütün yeni gələnlər bu və ya digər səviyədə komandamıza xeyir verir. Deməzdim ki, legionerlər komandada atmosferi korlayırlar. Anlaşılmazlıq elə yerli futbolçular arasında da olur. Belə şeylərə klublarda da rast gəlmək mümkündü. Komanda bir ailədi və biz bir-birimizə güvənməliyik.
 
- Azarkeşlərin çox olacağına inanırsız?
- Ötən tsiklin son oyunlarında uğurlu çıxış etdik. Azarkeşlər bizə ev oyunlarında inanırlar. Başa düşürük ki, sabah çətin olacaq. Uduza da bilərik. Amma əsas uğurlu oyuna inanmaqdı. Rəqibimiz güclüdü, yaxşı heyəti var. Kağız üzərində onlar güclüdülər. Amma biz meydanda bunun əksini göstərməliyik. Hətta məğlub duruma düşsək belə, azarkeşlərin bizi sona kimi dəstəkləməsini istəyirəm. Elə oyunlarımız olub ki, 60-cı dəqiqədə istefa qışqıran azarkeşlər biz qol vurandan sonra komandanı dəstəkləməyə başlayıblar. Sona kimi dəstək olun, mühakiməni isə oyundan sonra edərsiz.

Xəbər xətti