"Dnepr" Ukraynada rəqib tanımır
	 
	Avropa Liqasının qruo mərhələsində “Qarabağ"ın  rəqibi olan "Dnepr" komandası bu gün Ukrayna Premyer Liqasında növbəti matçını keçirib. 
	 
	Sportal.az xəbər verir ki, Dnepropetrovsk təmsilçisi 6-cı turda səfərdə "Metallist"in qonağı olub. 5 turdan sonra 13 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Dnepr" bu oyunda böyük hesabla qalib gəlib. Birinci hissədə rəqib qapısına iki dəfə yol tapan dnepropetrovsklular fasilədən sonra  da 3 dəfə fərqləniblər - 5:2. 
	 
	 
	 
	13 sentyabr 
	 
	Ukrayna Premyer Liqası, 6-cı tur
	 
	"Metallist" - "Dnepr"  2:5
	Qollar: Bolbat, 65, Xayyer, 90+5 - Qama, 14, 43, 63, Seleznyov, 88, Konoplyanka, 90+3  
                      
saytlarin hazirlanmasi