Leonid Kuçuk vəzifəsindən uzaqlaşdırıldı
Rusiyanın “Lokomotiv” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Sportal.az xəbər verir ki, komandanın uğursuz çıxışı ilə əlaqədar baş məşqçi Leonid Kuçuk vəzifəsindən uzaqlaşdırılıb. Aleksandr Səmədovun forma geyindiyi komandada vəziyyət heç də ürəkaçan deyil. Komandanı bazaya yığan rəhbərlik futbolçularla çətin vəziyyətdən çıxmağın yollarını müzakirə ediblər. Klub rəhbərliyi indidən boş qalmış baş məşqçi postuna mütəxəssis axtarışına başlayıb. Artıq namizədlər arasında “Rostov”dan Miodraq Bojoviç, Kurban Berdiyev və Luçano Spallettinin adları hallanır.
saytlarin hazirlanmasi