"Qalatasaray"ın sabiq baş məşqçisi Rusiyadan təklif aldı

01:00 - 16 Sentyabr 2014

Roberto Mançini "Lokomotiv"ə başçılıq edə bilər

Leonid Kuçuk baş məşqçi postundan uzaqlaşdıran Rusiyanın “Lokomotiv” klubu onun yerinə mütəxəssis axtarışını davam etdirir. 

 

Sportal.az xəbər verir ki, baş məşqçi vəzifəsinə daha real namizəd Roberto Mançinidir. “Qalatsaray” komandasının sabiq çalışdırıcısı ilə əlaqə saxlayan “dəmiryolçular” italiyalı mütəxəssisi komandada görmək istəyir. Roberto Mançini açıqlamasında Rusiya klubundan təklif aldığını etiraf edib. Yaxın günlərdə italıyalı məşqçinin Moskvaya səfər edərək “Lokomotiv” klubunun rəhbərliyi ilə danışıqlara başlayacağı haqda xəbərlər dolaşır

Xəbər xətti