Mətbuat konfrasların və məşqin vaxtı açıqlandı 
	 
	Avroliqanın qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Sent-Etyen” qarşılaşması öncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib.
	 
	Sportal.az klubun saytına istinadən xəbər verur ki,  bu gün 18:15-də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq. “Qarabağ” komandasının məşqi isə saat 18:45-də başlayacaq.
	 
	“Sent-Etyen”in baş məşqçisi  Kristof Qaltye saat 19:30-da media nümayəmdələrinun suallarını cavablandıracaq. Fransa təmsilçisinun məşqi saat 20:00-da start götürəcək.
	 
	Qeyd edək ki, “Qarabağ” – “Sent-Etyen” oyunu sentyabrın 18-də, saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
                      
saytlarin hazirlanmasi