Reynaldo: "Sabah mən əlimdən gələni edəcəm"

19:20 - 17 Sentyabr 2014

Futbolçunun oyun haqda fikirləri

 

Sabah keçiriləcək "Qarabağ" - "Sent Etyen" qarşılaşma öncəsi keçirilən mətbuat konfrasında Reynaldo fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu oyun haqda bunları deyib :

 

"Baş məşqçimizin söylədiyi  kimi, Avropada təcrübəmiz olsa da, qrup oyunları tam fərqlidir. Rəqibin son iki çempionat oyununu izləmişik, lazım olan məlumatları əldə etmişik. Sabah mən əlimdən gələni edəcəm ki, yaxşı çıxış edim. Biz bir komandayıq və komanda olaraq əlimizdən gələni edəcəyik. Bütün futbolçular bu oyunun məsuliyyətini yaxşı başa düşür".

Xəbər xətti