UEFA reytinqində bir pillə daha irəlilədik
UEFA dünən keçirilən Avropa Liqası oyunlarından sonra öz reytin cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın heç-heçəsi sayəsində Azərbaycan siyhıda bir pillə irəliləyib. Ağdamlılar Azərbaycanın reytinqinə əlavə 0.250 xal yazdırmış oldu.
Hazırda UEFA reytinqində 53 ölkə arasında 29-cu pillədəyik. Azərbaycanın hesabında 11.500 reytinq xalı var ki, onun da 2.625 xalı cari mövsümdə qazanılıb.
Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:
	172. “Neftçi” (-2)
	 
	199. “Qarabağ” (+27)
	 
	271. “İnter” (-3)
	 
	300. “Xəzər Lənkəran” (+2)
	 
347. “Bakı” (+1)
	371. “Qəbələ” (+1)
	 
372. AZAL (+2)
saytlarin hazirlanmasi 
     .jpg) 
                    