"Qarabağ"ın rəqibi hücumçusu ilə yeni müqavilə bağladı

01:30 - 27 Sentyabr 2014

Maks-Alen Qradell 2017-ci ilə qədər "Sent Etyen"də
 
Avropa Liqasının qrup  mərhələsində “Qarabağ”ın rəqibi olan Fransanın “Sent Etyen” klubu daha bir futbolçusu ilə yenidən müqavilə bağlayıb.
 
 
Sportal.az xəbər verir ki, anlaşması  gələn ilin yayında başa çatacaq Maks-Alen Qradellə 2017-ci ilə qədər müqavilə bağlayıblar. 26 yaşlı futbolçu yeni müqavilə imzaladığına görə sevinir: 
 
 
“Klubla yeni müqavilə bağlamağıma sevinirəm. “Sent Etyen”lə uğur əldə edəcəyimə inanıram. Klub rəhbərliyi və baş məşqçi məndən çox şey gözləyir. Onların etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm”.          

Xəbər xətti