Komandamız dəstəksiz qalmayacaq
AVRO-2016-nın seçmə mərhələsində keçiriləcək İtaliya - Azərbaycan oyununu izləmək istəyən azarkeşlər pulsuz biletə sahib ola bilər.
	Sportal.az xəbər verir ki, oktyabrın 10-da Palermo şəhərindəki “Renzo Barbero” stadionunda baş tutacaq qarşılaşmaya AFFA-nın vasitəsi ilə pulsuz bilet almaq mümkundür.
	
	 
	
	Qurum millimizin xarici ölkələrdəki azarkeşləri üçün belə imkan yaradıb. Komandamızı dəstəkləmək istəyən azarkeşlər bunun üçün oktyabrın 7-dək AFFA-ya müraciət etməlidir.
     
                    