İtaliya millisində yeni simalar
AVRO-2016-nın seçmə qrup mərhələsində oktyabrın 10-da millimiz və 13-də Malta yığmasına qarşı İtaliya millisinin baş məşqçisi Antonio Konte heyəti açıqlayıb.
Sportal.az xəbər verir ki, italiyalı məşqçi yığmamızla baş tutacaq qarşılaşma üçün 26 futbolçuya dəvət göndərib. Konte ilk dəfə milliyə iki yeni oyunçu - “Empoli”nin müdafiəçisi Daniele Ruqani və “Sautqempton”un hücumçusu Qraziano Pelleni sınaqdan çıxaracaq.
Qapıçılar: Canluici Buffon (“Yuventus”), Mattia Perin (“Cenoa”), Salvatore Siriqu (PSJ, Fransa)
Müdafiəçilər: Leonardo Bonuççi, Corco Kellini, Ancelo Oqbana (hamısı - “Yuventus”), Andrea Ranokkya (“İnter”), Daniele Ruqani (“Empoli”)
Yarımmüdafiəçilər: Alberto Akvilani, Manuel Paskual (hər ikisi - “Fiorentina”), Ciacomo Bonaventura, Mattia de Şilyo, Andrea Poli (hamısı - “Milan”), Antonio Kandreva, Marko Parolo (hər ikisi - “Latsio”), Matteo Darmian (“Torino”), Alessandro Florentsi “(Roma”), Klaudio Markizio (“Yuventus”), Tyaqo Motta, Marko Verratti (hər ikisi – PSJ, Fransa)
Hücumçular: Mattia Destro (“Roma”), Sebastian Covinko (“Yuventus”), Çiro İmmobile (“Borussya” D, Almaniya), Pablo Osvaldo (“İnter), Qraziano Pelle (““Sautqempton”, İngiltərə), Simone Zaza (“Sassuolo”)
saytlarin hazirlanmasi