Təlim-məşqdə itki ilə üzləşdi
Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiyaya qarşı oyunlar öncəsi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandamızın müdafiəçisi Ruslan Əmircanov Frankfurt toplanışı çərçivəsində zədələnib.
"Qəbələ"nin müdafiəçisinin zədəsi ciddi olduğundan, o artıq Bakıya yola salınıb. Bu isə o deməkdir ki, futbolçu İtaliya və Xorvatiyaya qarşı oynaya bilməyəcək.
saytlarin hazirlanmasi