UEFA-dan “Partizan”a cəza və cərimə

00:10 - 7 Oktyabr 2014

Azarkeşlər komandasını ziyana saldı
 
UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Partizan" klubunu cəzalandırıb.
 
 
Sportal.az xəbər verir ki, buna komandanın azarkeşlərinin "Tottenhem"lə qarşılaşmada yəhudilərin əleyhinə pankartlar açması və şüarlar səsləndirməsi səbəb olub.
 
Buna görə də "Partizan"in növbəti - "Beşiktaş"la oyunda stadionun fanat sektoruna azarkeşlər buraxılmayacaq. Bundan başqa, "Partizan"  UEFA-ya 40 min avro cərimə ödəyəcək.
 
 

Xəbər xətti