İtaliya - Azərbaycan oyununda qardaş ölkənin hakimi

14:25 - 7 Oktyabr 2014

Türkiyəli hakim təyin olundu

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya - Azərbaycan matçının hakimləri müəyyənləşib.

 

Sportal.az UEFA-nın rəsmi syatına əsasən xəbər verir ki,  Palermo şəhərində baş tutacaq oyunu türkiyəli hakim Hüseyin Göçek idarə edəcək.

 

Baş hakim Hüseyin Göçekə isə Mustafa Eyisoy və Orkun Aktaş köməklik edəcəklər. Serkan Ok isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, oktyabrın 10-da keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Xəbər xətti