Heyətə yeni futbolçu cəlb olundu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının şərəfini qorumaq üçün daha bir almaniyalı milliləşdirilib.
Sportal.az xəbər verir ki, "Borussiya" (Münhenqladbax) klubunun əvəzedici heyətinin üzvü Bilal Sezer U-21 millimizin heyətinə cəlb olunub.
Türk əsilli futbolçu yığmamızın Frankfurtdakı təlim-məşq toplanışına çağırılıb. 20 yaşlı futbolçunun millimizdəki debütü uğurlu alınıb. Bilal Sezer “Pirmasens” klubu ilə yoldaşlıq görüşündə (4:1) dublla yadda qalıb.
saytlarin hazirlanmasi