Gəncədə qapıçı təlimləri
Daha öncədə xəbər verdiyimiz kimi məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimə 20-yə yaxın yeniyetmə qapıçı dəvət edib. Məşqçilər növbəti təlimi Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialınln inzibati binasında keçirib.
Sportal.az-a açıqlamasında millimizin də sabiq qapıçısı olan Xəyal Zeynalov bunları deyib:
“Həftədə bir dəfə seminar təşkil olunur. Burda da idmançılara psixoloji məşqlər keçirik. Eyni zamanda video çarxlar nümayiş olunur və qapıçınınəsas vəzifələri izah olunur. TİM-in Gəncə filialının futbol bölməsinin baş məşqçisi, 19 yaşlı futbolçulardan ibarət milli komandanın məşqçisi Etibar İbrahimov da öz növbəsində futbolçulara lazımı məsləhətlərini verib. Onu da qeyd edim ki, qapıçılarla məşq həftədə 4 dəfə keçirilir. Onlardan üçü meydançada biri isə inzibati binada seminar formasında aparılır”
saytlarin hazirlanmasi