Xorvatiya - Azərbaycan matçına nə qədər bilet satılıb?

02:00 - 13 Oktyabr 2014

 "Qradski" stadionunda bilet satışı davam edir 
 
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandamız növbəti oyununu bu gün Xorvatiya yığmasına qarşı keçirəcək. 
 
Sportal.az xəbər verir ki, Osyekin “Qradski” stadionunda baş tutacaq oyuna bilet satışı davam edir. Son məlumata görə bu qarşılaşmaya 11 min bilet satılıb. Ancaq matça qədər azarkeşlərin arenanı  tam dolduracağı və milli komandalarına dəstək verəcəyi gözlənilir. Yeri gəlmişkən "Qradski" stadionu 19 min azarkeş tutumuna malikdir.

Xəbər xətti