Niko Kovaç: "Futbolçularımdan xahiş etmişdim ki, erkən qol vursunlar"

02:30 - 14 Oktyabr 2014

Baş məşqçi qələbədən danışdı

 

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşan və 6:0 hesabı ilə qələbə qazanan Xorvatiya yığmasının baş məşqçisi oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, baş məşqçi qələbəni belə şərh edib:

 

"Belə nəticəni heç kim gözləmirdi. Futbolçularımdan xahiş etmişdim ki, erkən qol vursunlar. Bunu bacardıq, sonda isə möhtəşəm nəticə qazandıq. Azarkeşlərimizi sevindirməyi bacardıq. Amma oyunun sonlarında tempi çox aşağı salmışdıq. Uşaqları başa düşürəm. Çünki sabah klublarına qayıdacaqlar. Komandamın hər bir üzvünə təşəkkürümü bildirirəm"

Xəbər xətti