Konoplyankanın transferində 3 klub maraqlıdır
	 
	Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr” komandası aparıcı oyunçularından olan Yevgeni Konoplyankanı satmağa hazırlaşır. 
	 
	Sportal.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu ukraynalı futbolçunun transferinə görə qarşı tərəfə 5 milyon funt sterlinq ödəməyə razıdır. 25 yaşlı futbolçunun “Dnepr” klubuyla müqaviləsi 2015-ci ilin yayında başa çatır. İngiltərə təmsilçisiylə yanaşı Konoplyankanın transferində İtaliyanın “İnter” və Almaniyanın “Borussiya” (Münhenqladbax) komandası da maraqlıdır.
                      
saytlarin hazirlanmasi