"Çernomorets" təzyiqlərə davam gətirmıədi  
	 
	Ukrayna Premyer Liqasında 9-cu turun  oyunlarına yekun vurulub. 
	 
	Sportal.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan “Dnepr” növbəti matçına çıxıb.
	 
	Dnepropetrovsk təmsilçisi öz meydanında "Çernomorets"lə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu qələbə ilə xalını 25-ə çatdıran “Dnepr” turnir cədvəlində birinci pilləyə yüksəlib.
	 
	 
	“Dnepr” - "Çernomorets"  2:1
	Qollar: Kaliniç, 37, Kutas, 66-öz qapısına - Bobko, 29
	 
	 
	
                      
saytlarin hazirlanmasi