"Dnepr" - "Qarabağ" matçı çexiyalıya tapşırıldı

17:35 - 20 Oktyabr 2014

Hakimlər məlumdur

 

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək "Dnepr" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək görüş çexiyalı Libor Kovarikə həvalə edilib. Ona Kristof Menkl və Jan Patak kömək edəcək. Dördüncü hakim funksiyasını isə Petr Blajey yerinə yetirəcək.

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu oktyabrın 23-də saat 00:05-də Kiyevin Olimpiya stadionunda baş tutacaq.

Xəbər xətti