Paytaxt təmsilçisi Kazana baş məşqçisiz yollandı
Rusiya ölkə kubokunda 1/8 final mərhələsində Moskva “Spartak”ı səfərdə “Rubin” komandası ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Kazana baş məşqçisiz yollanacaq. Baş məşqçi Murat Yakının istilik hərarəti 39 dərəcəyə yüksəldiyi üçün Moskva xəstəxanalarından birinə aparılıb. Boğaz ağrısından əziyyət çəkən türk əsilli mütəxəssisin hərarəti bu səbəbədən artıb. Odur ki, kubokun 1/8 finalında "Spartak"ı "Rubin"lə oyuna baş məşqçinin köməkçisi çıxaracaq.
saytlarin hazirlanmasi