Bakıda Avroliqa həyəcanı
Bu gün Avropa Liqasında qrup mərhələsinin II dövrəsinə start veriləcək.
Sportal.az xəbər verir ki, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" növbəti matçına çıxacaq.
F qrupunda mübarizə aparan Ağdam klubu ikinci ev oyununu keçirəcək. Qurban Qurbanovun yetirmələri 2 həftə əvvəl Kiyevdə minimal (0:1) hesabla məğlub etdikləri “Dnepr”lə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.
21:00. “Qarabağ” (Azərbaycan) – “Dnepr” (Ukrayna) 1:2
Qollar: Leroy Corc 36 - Kaliniç,15, 74
Baş hakim: Pavel Qil
Baş hakimin köməkçiləri: Pyotr Sadçuk, Martsin Borkovski
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Kjiştof Yakubik
Dördüncü hakim: Konrad Sapela (hamısı Polşa)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
Bakı. T. Bəhramov adına Respublika stadionu
| 1. | İnter | 3 | 2 | 1 | 0 | 3:0 | 7 | 
| 2. | Qarabağ | 3 | 1 | 1 | 1 | 1:2 | 4 | 
| 3. | Sent-Etyen | 3 | 0 | 3 | 0 | 0:0 | 3 | 
| 4. | Dnepr | 3 | 0 | 1 | 2 | 0:2 | 1 | 
 
      
                    