"İtaliya millisi güclü olsa da, onlara qalib gəlmək olar"

00:50 - 11 Noyabr 2014

Niko Kovaç: "Futbolçular səbirsizliklə oyunu gözləyirlər"
 
-2016-nın seçmə mərhələsində milli komandamızın rəqibi olan Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç qarşıda İtaliya ilə keçirəcəkləri oyundan danışıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının oyuna hazır olduğunu bildirib:
 
"Qarşıda bizi nələrin gözlədiyini bilirik. İtaliya millisinə qarşı bütün gücümüzü qoyacağıq. Futbolçular da oyunu səbirsizliklə gözləyirlər. İtaliya güclü heyətə malik olsa da, onlara qalib gəlmək olar. Əsas odur ki, səfərdə məğlub olmayaq". 
 
Qeyd edək ki, noyabrın 16-da Milanda keçiriləcək İtaliya - Xorvatiya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 

Xəbər xətti