Vladimir Jirinovski:"Kapello kimi cəsus məşqçilər milliyə lazım deyil"

01:45 - 19 Noyabr 2014

"Onu nə milli nə də ölkənin maraqları düşündürür" 
 
Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu dəfə siyasətdən deyil, ölkəsinin millisinin baş məşqçisi Fabio Kapellodan danışıb.
 
Sportal.az xəbər verir ki, tanınmış siyasətçi ityaliyalı mütəxəssisin işinə qiymət verməklə yanaşı onu sərt şəkildə ittiham edib:
 
“Kapello Rusiya millisinin qələbə qazanmasını istəmir. O, bizim üçün yad bir insandır. Kapello kimi cəsus məşqçilər milliyə lazım deyil. Onu nə milli nə də ölkənin maraqları düşündürür. Belə məşqçilərin fikrində ancaq pul qazanmaqdır. Mənə elə gəlir ki, milli komandaya yerli məşqçilərdən bir başçılıq etməlidir. Həmin yerli mütəxəssis istəkli və işini sevən birisi olmalıdır. Rusiya yığma komandası yalnız belədə uğur qazana bilər"  

Xəbər xətti