Zidanın cəzası ləğv edildi

18:20 - 22 Noyabr 2014

Fransalının 3 aylıq diskvalifikasiyası dayandırılıb

 

İspaniya İdman Arbitraj Məhkəməsi “Real Kastilya”nın baş məşçisi Zinəddin Zidanın 3 aylıq cəzası ilə bağlı qərarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qurum Zinəddin Zidanın cəzasını ləğv edib. Fransa millisinin keçmiş üzvü məşqçi lisenziyası olmadan “Real”ın əvəzedici komandasını çalışdırdığı üçün İspaniya Futbol Federasiyası tərəfindən 3 aylıq diskvalifikasiya olunmuşdu. 

 

“Kral klubu” Apellyasiya Məhkəməsinə müraciət edib və UEFA-ya Zidaın lisenziyasının olduğunu təsdiq edən sənədləri təqdim edib.

Xəbər xətti