Daha bir klub çıxışını dayandıra bilər, 5 aydı maaşlar verilmir

12:50 - 23 Noyabr 2014

Premyer Liqanı tərk edə bilər

 

Rusiya Premyer Liqasında çıxış edən "Rostov" klubu futbolçu və idarə heyətinin maaşlarını verməkdən boyun qaçırır.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 5 aydır ki maaşları verməyən klubun ümumi borcu 400 milyon rubl olaraq bildirilir.

 

Bu barədə Rusiyanın idman naziri Vitaliem Mutko və Rostov vilayətinin qubernatoru Vasiliem Qolubevim arasında telefon danışığı da olub. Edilən söhbətdə, DÇ-2018-in Rusiyada keçirilməsi göz önünə alınaraq bu situasiyadan təcili çıxmaq yolları danışılıb. Rostov qubernatoru bildirib ki, bazar ertəsi klub rəhbərliyi ilə görüş olacaq və vəziyyətdən çıxmaq yolları danışılacaq.

 

Qeyd edək ki. Premyer Liqanı tərk etmək təhlükəsi ilə üz-üzə olan klubun rəcrübəli qapıçısı Stip Pletikoşa isə öz açıqlamasında Çempionlar Liqası və Avropa Liqasında çıxış edən bir neçə klubdan təklif gəldiyini, lakin komandanı bu vəziyətdə qoyub getmək istəmədiyini dilə gətirib.

Xəbər xətti