Allen Sen-Maksimin və Mövlud Ərdinç "Qarabağ"a qarşı oynamayacaq
	"Sent-Etyen" klubu Avropa Liqasının qrup mərhələsinin V turunda sabah qarşılaşacağı "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq.
	
	Sportal.az xəbər verir ki, Fransa təmsilçisinin iki futbolçusu zədə səbəbindən sabahkı oyunda iştirak etməyəcək.
	
	Allen Sen-Maksimin və Mövlud Ərdinç "Qarabağ"la qarşılaşmada komandalarına kömək edə bilməyəcəklər.
	
	Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. 
 
      
                    