Miron Markeviç: "Onsuz da itiriləsi bir şey yoxdur"
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibləri olan “İnter” və “Dnepr” “Cezeppe Miatsa” stadionunda üz-üzə gələcəklər.
Sportal.az xəbər verir ki, oyunöncəsi mətbuat konfransında “Dnepr”in baş məşqçisi Miron Markeviç komandasının şanslarını dəyərləndirib:
“İtaliyanın köklü klublarından birinə qarşı oynayacağıq. Əsas odur kİ, yaxşı oyun göstərib sərfəli nəticə qazanaq. Ukrayna çempionatında uğur qazandığımızı deyə bilmərəm. Çünki, komanda turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Avroliqada isə qrupdan növbəti mərhələyə vəsiqə qazanmaq şansımız yüksəkdir. “Sent-Etyen”lə oyun bizim üçün həllediçi olacaq. Onsuz da itiriləsi bir şey yoxdur. Ona gorə də, çalışacağıq ki, səfərdən qələbəylə dönək. “İnter”in Konoplyanka ilə maraqlanması bizi sevindirir. İndi onun əlinə belə bir şans düşüb ki, “İnter”lə oyunda özünü yaxşı tərəfdən göstərsin”.
saytlarin hazirlanmasi