Osvaldo komandasına qələbə bəxş etdi
Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, “Qarabağ”la eyni qrupda mübarizə aparan İtaliyanın “İnter” klubu döğma publika önündə Ukrayna təmsilçisi “Dnepr”i qəbul edib.
16-cı dəqiqədə qonaqlar Rotanın qoluyla hesabı açıblar. Bu qoldan sonra ukraynalılar hesab arasında fərqi artırmağa yaxın olublar. Konoplyanka penalti zərbəsindən faydalana bilməyib. Fasiləyə qədər italiyalılar tarazlığı bəpra ediblər. İkinci hissədə Osvaldo fərqlənərək milanlılara qələbə qazandırıb.
“İnter” - Dnepr” 2:1
Qollar: Kuzmanoviç, 31, Osvaldo, 50 - Rotan,16
saytlarin hazirlanmasi