Miron Markeviç: “Eşidəndə ki, “Qarabağ” hesabı açıb...”

00:45 - 12 Dekabr 2014

"Bunadan sonra emosiyalarımı gizlədə bilmədim"
 
Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda evdə “Sent-Etye”ni 1:0 hesabı ilə məğlub edən “Dnepr” komandası növbəti mərhələyə yüksəlib. Sportal.az xəbər verir ki, baş məşqçis Miron Markoviç oyundan sonra növbəti mərhələyə adlamalarından danışıb:
 
“Biz bir çox qol epizodunu reallaşdıra bilmədik. Bu topu da vurmasaydıq, ədalətsiz olardı. Eşidəndə ki, “Qarabağ” hesabı açıb, bu, bizim üçün xoş olmadı. Çünki biz məsələni həll etmişdik. Daha sonra yenə dedilər ki, Bakıda qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bundan sonra emosiyalarımı gizlədə bilmədim. “İnter”in futbolçularına təşəkker edirəm. Çünki onlar xarakter göstərdilər və “Qarabağ”a uduzmadılar”. 

Xəbər xətti