Sportal.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Qarabağ” – “İnter” oyunundan sonra (0:0) jurnalistlərə açıqlamasında deyib.
Riçard Almeydanın matçın son dəqiqələrində vurduğu qolun qeydə alınmamasına münasibət bildirən R.Musayev bundan ediləcək etirazların nəticəsiz qalacağını vurğulayıb: "Bundan sonra nə etmək olar? Etirazların heç bir əhəmiyyəti yoxdur. "Qarabağ" bizim qəlbimizdə qalibdir".