Bu gün cütlər müəyyənləşir
"Qarabağ"ın mübarizəni dayandırdığı Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması keçiriləcək.
Sportal.az xəbər verir ki, bu gün saat 16:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada 32 klub iştirak edəcək.
Bunlardan 24-ü Avropa Liqasının qruplarında ilk iki yeri tutmuş komandalar, digər 8-i isə Çempionlar Liqasının qrup üçüncüləridi.
	
	Avropa Liqasının qrup mərhələsini lider kimi tamamlamış və Çempionlar Liqasından gəlmiş ən yaxşı göstəriciyə malik 4 klub 1-ci, Avropa Liqasının qrup ikinciləri və Çempionlar Liqasının 4 zəifi isə 2-ci səbətdə yer alıb.
1/16 finalda eyni ölkənin təmsilçiləri və bir qrupda mübarizə aparmış klublar qarşılaşa bilməzlər.
	"Vilyarreal" (İspaniya) - "Zalsburq" (Avstriya)
	 
	"Torino" (İtaliya) - "Atletik" (İspaniya)
	 
	"Tottenhem" (İngiltərə) - "Fiorentina" (İtaliya)
	 
	"Seltik" (Şotlandiya) - "İnter" (İtaliya)
	 
	PSV (Hollandiya) - "Zenit" (Rusiya)
	 
	"Dnepr" (Ukrayna) - "Olimpiakos" (Yunanıstan)
	 
	"Sevilya" (İspaniya) - "Borussiya" (M, Almaniya)
	 
	"Volfsburq" (Almaniya) - "Sportinq" (Portuqaliya)
	 
	"Yanq Boyz" (İsveçrə) - "Everton" (İngiltərə)
	 
	"Olborq" (Danimarka) - "Brügge" (Belçika)
	 
	"Genqam" (Fransa) - "Dinamo" (K. Ukrayna)
	 
	"Trabzonspor" (Türkiyə) - "Napoli" (İtaliya)
	 
	"Ayaks" (Hollandiya) - "Legiya" (Polşa)
	 
	"Liverpul" (İngiltərə) - "Beşiktaş" (Türkiyə)
	 
	"Anderlext" (Belçika) - "Dinamo" (M, Rusiya)
	 
"Roma" (İtaliya) - "Feyenoord" (Hollandiya)
saytlarin hazirlanmasi 
      
                    