Azərbaycanda işləmiş məşqçi özünə komanda tapdı

02:30 - 18 Dekabr 2014

"Simurq"un sabiq baş məşqçisi "Baltika"ya başçılıq edəcək 
 
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran özünə yeni komanda tapıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Rusiyanın birinci divizonunda “Baltika” klubunu çalışdıra bilər. Kalininqrad şəhərinin rəhbəri Yurana “Baltika” komandasını çalışdırmağı təklif edib. Yuranın sözlərinə görə, şəhər rəhbərliyi ilə ümumi razılığa gəlsə də, iş məsələsində bəzi detallara aydınlıq gətirəndən sonra klubla rəsmi müqavilə bağlayacaq.  

Xəbər xətti