UEFA "Bursaspor"la "Ekranas"ı cəzalandırdı

00:45 - 23 Dekabr 2014

Avropa futbol qurumundan Rumıniya klublarına xəbərdarlıq
 
UEFA Türkiyənin “Bursaspor” və Litvanın “Ekranas” klublarını cəzalandırıb.
 
Sportal.az xəbər verir ki, buna səbəb hər klubun maliyyə “feyr-pley” qaydalarınariayət etməməsi olub. Avropa futbol qurumu hər iki komandanı 1 il avrokuboklardan kənarlaşdırıb. Litva təmsilçisi yaxın iki, Türkiyə klubu isə dörd il ərzində avrokuboklara vəsiqə qazanacağı halda qitə miqyaslı turnirlərə buraxılmayacaq. Bundan başqa, “Ekranas” 15 min avro, “Bursaspor” klubu isə 100 min avro cərmə ödəyəcək.
 
UEFA-nın Araşdırmalar Palatası instansiyasının Maliyyə Nəzarəti komitəsi Rumıniya ÇFR-i və “Astra” klublarına da xəbərdarlıq edib. Bu komandalar yanvarın sonuna kimi sübut etməlidir ki, mövcud borcları ödəyib. Əks halda adı çəkilən komandalar 3 il ərzində avrokuboklardan uzaqlaşdırılacaq.

Xəbər xətti