ÇSKA-nın aparıcı üzvü Kolarovu qabaqladı
Serbiyada ölkənin əsas idman nəşri olan “Zurnal Sportski” ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Sportal.az xəbər verir kİ. Sorğuda əsasən, 2014-cü il ərzində öz klubunun heyətində ən çox mükafatlar qazanan oyunçular nəzərdə tutulub. İlin ən yaxşısı Rusiyanın ÇSKA klubunun yarımmüdafiəçisi Zoran Toşiç olub.
Toşiçdən geri qalan “Mançester Siti”nin müdafiəçisi Kolarov ikinci yerdə qərarlaşıb. "Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiç və müdafiəçisi Branislav İvanoviç isə müvafiq olaraq növbəti yerləri bölüşüblər.
saytlarin hazirlanmasi