Yarımmüdafiəçi komandanı tərk etdi
"Anji" klubu əslən azərbaycanlı olan Aleksandr Əliyevlə yollarını ayırıb.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, komanda yarımmüdafiəçi ilə olan müqaviləsini qarşılıqlı razılaşma yolu ilə ləğv edib.
Qeyd edəki ki, Aleksandr Əliyev "Anji"yə 2014-cü ildə transfer olunub. Futbolçu komandanın heyətində 15 oyunda iştirak edib və 3 qol vurub.