U-12-də turnir başa çatdı
Dünən U-12 komandaları arasında təşkil olunan “Əlincə kuboku” turnirində son oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, əvvəlcə saat 12:00-da 3-cü yerin qalibini müəyyənləşdirmək üçün “Bakı 1” və “İnter 1” üz-üzə gəlib.
Qarşılaşma “zolaqlılar”ın 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
Nəhayət, saat 13:30-da başalayan final görüşündə isə “Əlincə” “Qarabağ 1” lə qarşılaşıb. Oyunda hesabı Ağdam təmsilçisi açıb. Ancaq çox keçməmiş Anar Tağıyev tarazlığı bərpa edib. İkinci yarıda isə qarşılaşma daha dramatik xarakter alıb. Gah bu, gah da digər komanda hücumları məntiqi sonluğa çatdıra bilməyib. Yalnız oyunun bitiminə dəqiqələr qalmış “Qarabağ” qol vuraraq yekunda matçı 2:1 hesablı qələbəylə bitirib.
Beləliklə “Qarabağ” 7 komandanın qatıldığı “Əlincə kuboku” turnirinin qalibi olub. "Bakı 1" isə 3-cü yerin sahibi olub. Komandalara kuboklar, medallar və qiymətli hədiyyələr təqdim olunub.
saytlarin hazirlanmasi