"Zenit"lə müqaviləni 2019-cu ilədək uzatdı
Rusiya Premyer Liqası klubu "Zenit"də forma geyən Braziliyalı hücumçu Halkın klubla yeni müqavilə imzaladığı bildirilir.
Sportal.az klubdan verilən xəbərə istinadən xəbər verir ki, Givanildo Vieira de Sousanın (Halk) 2017-ci ildə sona çatan müqaviləsinin, 2018-2019 mövsümünün sonuna qədər uzadıldığı bildirildi.
Karyerasına ölkəsinin "Vitoria" komandasında başlayan 28 yaşlı Halk, Yaponiyada "Kawasaki Frontal", "Consadole Sapporo" və "Tokio Verdi"də top qovub. Daha sonra 2008-ci ildə Portuqaliyanın "Porto" komandasına transfer olan futbolçu, 2012-ci ildə 40 milyon avro qarşılığında "Zenit"ə transfer olunub.
Qeyd edək ki, "Zenit"də 92 matçda forma geyən braziliyalı Halk, 44 qol vurub, 35 asist edib. Yarımmüdafiəçi Braziliya milli komandasında isə 41 matçda 9 qol vurmağı bacarıb
saytlarin hazirlanmasi