5 komandadan 3-ü...
Göyçayın U-11-12 yaşlı futbolçuları gələn ay Ağsuda keçiriləcək pley-off oyunlarına hazırlaşırlar.
Sportal.az "Region TV"yə istinadən yaydığı xəbər verir ki, AFFA-nın təşkilatçılığı ilə uşaqlar arasında keçirilən futbol üzrə yarışlara qatılan Göyçayı təmsil edən 5 komandadan 3-ü növbəti mərhələyə vəsiqə qazanıb.
Göyçay təmsilçiləri mart ayında Ağsuda təşkil olunacaq pley-off oyunlarında iştirak edəcəklər.
Həmin yarışa hazırlaşan futbolçular həftədə 3 dəfə məşqlərə qatılırlar. Onlar pley-off mərhələsində də uğur qazanacaqları təqdirdə, paytaxt Bakıda keçiriləcək final mərhələsində iştirak edəcəklər.
Xatırladaq ki, Göyçayda uşaq futbol komandaları 2010-cu ildən yaranmağa başlayıb.
saytlarin hazirlanmasi